Modern.az

Deputat: Oğlumun o qədər biliyi var ki, əsgərliyə getmədi

Deputat: Oğlumun o qədər biliyi var ki, əsgərliyə getmədi

Aktual

Bu gün, 14:46

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Andranik Koçaryan oğlu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Modern.az xəbər verir ki, deputat jurnalistlərlə söhbətində oğlunun hərbi xidmətdə olmamasını təsdiqləyib və bunu onun yüksək bilik səviyyəsi ilə əsaslandırıb:

“Mənim oğlum çox yüksək səviyyəli biridir. Əgər siz də onun qədər biliyə sahib olsaydınız, siz də xidmət etməzdiniz”, – deyə o bildirib.

Koçaryan əlavə edib ki, bu məsələ ilə bağlı sualların ünvanı hüquq-mühafizə orqanları olmalıdır:

“Bəli, mənim oğlum xidmət etməyib, müraciət edin Baş prokurora”, – deyə deputat vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!