Modern.az

Deputat hərbi sirri yaymaqda ittiham olunur

Deputat hərbi sirri yaymaqda ittiham olunur

Aktual

Bu gün, 17:03

Ermənistan Müdafiə Nazirliyi hakimiyyətyönlü deputat Hayk Sargsyanı hərbi sirri yaymaq və dezinformasiya yaymaqda ittiham edib.

Modern.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, deputatın ordu ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir.

Qeyd olunub ki, çağırış və mobilizasiya ilə bağlı məlumatlar məxfi xarakter daşıyır və onların açıqlanması yolverilməzdir.

Nazirlik həmçinin deputatın son 10 ildə orduda müddətli hərbi qulluqçuların sayının 44 mindən 14 minə düşməsi ilə bağlı iddiasını da təkzib edib. Bildirilib ki, 2025-ci ildə çağırışçıların sayı 2022-ci illə müqayisədə 25,3 faiz artıb.

Bundan əlavə, Ermənistanın Müdafiə Nazirliyi deputatın 2024-cü ildə əsgərin pnevmoniyadan ölməsi ilə bağlı iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.

Açıqlamada qeyd edilib ki, hərbi qulluqçuların gigiyenasının təmin olunması məsələsi daim aidiyyəti qurumların diqqət mərkəzindədir.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!