Modern.az

Sabah iki rayona qazın verilməsi DAYANDIRILACAQ

Sabah iki rayona qazın verilməsi DAYANDIRILACAQ

Aktual

Bu gün, 17:48

Tovuz şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Modern.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsi tərəfindən Tovuz rayonu Tovuz AQPS-dən qidalanan orta təzyiqli, diametri 108 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması, yeni abonentlərin şəbəkəyə qoşulması, eləcə də cari təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 08.04.2026-cı il tarixində saat 09:30-dan etibarən qaz verilişi müvəqqəti dayandırılacaq.

Məlumata görə, işlər başa çatanadək şəhərin bir hissəsində, ümumilikdə 3000 abonentin qaz təminatında fasilə yaranacaq.

Həmçinin sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Belə ki, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!