Modern.az

Eks-deputat komitə sədrinə şikayət etdi: dananı kəsib başını yoldan asırlar!

Eks-deputat komitə sədrinə şikayət etdi: dananı kəsib başını yoldan asırlar!

Aktual

Bu gün, 17:58

Keçmiş deputat Etibar Əliyev Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya açıq məktub yazıb.

Modern.az xəbər verir ki, Etibar Əliyev Bahar Muradovaya yol kənarındakı qəssabxanalardan şikayətlənib.

“Hörmətli Bahar xanım!

Üç məktəbə gedən yolun üstündə dananı kəsib başını asırlar. Bütün qəssabxanlar belədir. Əminəm ki, Siz uşaq psixologiyasının əlifbasından xəbərdarsınız. Nəvəmin psixoloji travma almaması üçün gözlərini bağlayıb oradan keçməliyik? Bəlkə bu mövzu üzrə də Elm və Təhsil Nazirliyi ilə birgə qrant müsabiqəsi elan edəsiniz?”, - sabiq deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!