Modern.az

"Cəfər Cabbarlı" stansiyasında yeni piyada keçidi bu tarixdə istifadəyə veriləcək

"Cəfər Cabbarlı" stansiyasında yeni piyada keçidi bu tarixdə istifadəyə veriləcək

Aktual

Bu gün, 11:08

"Cəfər Cabbarlı" stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində
yeni piyada keçidi “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bununla da sərnişin axınını “Dərnəgül” və “Xətai” istiqamətinə ayırmaqla “28 May” stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.

“Bu keçid “28 May” stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyasından istifadə etməklə ən qısa yolla “28 May” stansiyasının platformasına daxil ola biləcəklər. Beləliklə, “28 May” stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.
Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb”.

Qurumdan qeyd edilib ki, hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir.

Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür.

Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!