Modern.az

Trampın İrana dair 15 maddəlik razılaşmasında nələr var...

Trampın İrana dair 15 maddəlik razılaşmasında nələr var...

Aktual

Bu gün, 11:20

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana dair 15 maddədən ibarət uzunmüddətli bir razılaşma mövcuddur və onun böyük hissəsi artıq razılaşdırılıb.

Modern.az xəbər verir ki, Tramp “Frans Press” agentliyinə müsahibəsində deyib:

“Bizim 15 maddədən ibarət bir razılaşmamız var, onların əksəriyyəti artıq razılaşdırılıb. Görək, bundan sonra nə baş verəcək. Görək işi sona çatdıra biləcəyikmi”, - deyə ABŞ lideri agentliyə bildirib.

Frans Presin əlavə etdiyi məlumatlara görə, Tramp razılaşma uğursuz olarsa, İranın mülki elektrik stansiyalarını və körpülərini dağıtmaqla bağlı “ilk təhdidlərinə” qayıdıb-qayıtmayacağını açıqlamayıb. Tramp həmçinin vurğulayıb ki, İranın uranın zənginləşdirilməsi proqramı hər hansı bir sülh razılaşmasında müzakirə olunacaq.

“Frans Press” agentliyinə görə, Tramp Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda “uzunmüddətli razılaşma” üçün möhkəm əsasın olduğunu vurğulayıb.

Tramp İrana qarşı hücumların iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb və atəşkəsin qarşılıqlı olacağını deyib. İsrail Baş naziri Netanyahunun ofisindən bildirilib ki, Tel-Əvivi Trampın qərarını dəstəkləyir.
İranın Ali Milli Təhlükəsizlik Şurası isə Tehran-ın ABŞ ilə danışıqlara aprelin 10-u, cümə günü, Pakistanın paytaxtı İslamabadda başlayacağını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!