“İçərişəhər”də qala divarının bir hissəsində baş verən çökmə ilə bağlı ərazidə bərpa işlərinə başlanılıb.
Modern.az-ın məlumatına görə, hazırda aşınma halının qeydə alındığı ərazidə restavrasiya işləri aparılır.
Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.
Qeyd edək ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
Hadisə yerindən görüntüləri təqdim edirik:

