Modern.az

Baş nazirlər görüşdü - FOTOLAR

Baş nazirlər görüşdü - FOTOLAR

Aktual

Bu gün, 13:04

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıblar.

İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilərək, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Enerji sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edərək, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada