Modern.az

Azyaşlıya sükan həvalə edən sürücü cəzalandırıldı - VİDEO

Azyaşlıya sükan həvalə edən sürücü cəzalandırıldı - VİDEO

Aktual

Bu gün, 14:10

Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, “Hyundai” markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər", məlumatda deyilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada