Modern.az

Komitə Laçınla bağlı yeni videoçarx hazırladı - VİDEO

Komitə Laçınla bağlı yeni videoçarx hazırladı - VİDEO

Aktual

Bu gün, 13:38

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçının yeni növrağı ilə bağlı videoçarx hazırlayıb.

Bu barədə Modern.az-a Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, layihə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.

“Burda təbiət öz gözəlliyi ilə göz oxşayır. Laçın şəhərinin başından bəyaz buludlar, ayağından Həkəri keçir. Bəzən öz məcrasında sakit axan, bəzən coşub çağlayan Həkəri çayı… Bu gün onun sahilləri uşaqlı-böyüklü laçınlıların ən sevimli istirahət məkanıdır. Bu növrağı görüncə yadımıza bir dua qədər hikmətli misra düşür: “Gözün aydın, ay Laçın, gözün aydın, Həkəri!” – məlumatda deyilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada