Modern.az

Uşaqlarından imtina edən ailə ilə bağlı RƏSMİ AÇIQLAMA

Uşaqlarından imtina edən ailə ilə bağlı RƏSMİ AÇIQLAMA

Aktual

Bu gün, 16:25

Tovuz rayonunda aztəminatlı ailənin 3 azyaşlı övladının uşaq evinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Modern.az faktla əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə əlaqə saxlayıb. 

Sorğumuza cavab olaraq qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, uşaqların valideynləri tərəfindən imtina edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, uşaqlar Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən aşkarlanıb.

"Qonşular tərəfindən verilən məlumat əsasında İcra Hakimiyyəti, polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri ailəyə baxış keçiriblər. Müəyyən olunub ki, uşaqlar baxımsız vəziyyətdədir. Bu səbəbdən uşaqlar ilkin olaraq müayinə üçün xəstəxanaya yerləşdirilib", - deyə məlumatda vurğulanıb.

Komitədən verilən məlumata görə, uşaqların atası alkoqol asılılığından əziyyət çəkir, ananın isə psixoloji problemi mövcuddur. 

"Uşaqların vəziyyəti qiymətləndiriləcək, əgər fakt öz təsdiqini taparsa, onlar dövlət uşaq müəssisəsinə yerləşdiriləcək", - AQUPDK bildirilib.

Qeyd edək ki, Tovuz rayonunda aztəminatlı ailə 3 azyaşlı övladının uşaq evinə yerləşdirilməsi ilə bağlı müraciət edib. Belə ki, rayon sakini Tovuz İcra Hakimiyyətinə müraicət edərək 3 azyaşlı övladına baxmağa imkanı olmadığını bildirib. Uşaqlar İH nümayəndələri tərəfindən müayinə olunmaq üçün Tovuz rayon Mərkəzi xəstəxanasına aparılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada