Modern.az

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Aktual

Bu gün, 16:34

Beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinətin təyin edilməsinə görə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

Modern.az-ın məlumatına görə, mayın 20-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyuna qədər xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılmasını həyata keçirməlidir.

Sentyabrın 9-na qədər isə xidmətin "mygov" platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.(Oxu.az)

Sizə yeni x var
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada