"Azərbaycan Dəmir Yolları" QSC-nin ADY-nin Dərnəgül dayanacağının tikintisinin başa çatmaqdadır.
ADY-dən Modern.az-a verilən məlumata görə, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.
"Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq", - məlumatda qeyd olunur.