Modern.az

22 dərəcəlik yaz havası: günəş də var, yağış da

22 dərəcəlik yaz havası: günəş də var, yağış da

Aktual

Bu gün, 07:50

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!