Modern.az

Ay uzaqda deyildi

Aktual

Bu gün, 14:30

Aya baxmaq insanın göylə ilk söhbəti, Aya getmək isə bu söhbətin cavabıdır.

Bu iki anın arasında zaman yox, iradə dayanır.

1961-ci ildə Con F. Kennedi Aya insan göndərməyi təklif etməklə qalmadı, bunu dövlət hədəfinə çevirdi. Ay artıq romantik göy cismi deyildi; texnologiyanın və gücün ölçü vahidi idi.

Bu hədəfi reallığa çevirən Amerikadakı siyasi davamlılıq oldu. Saturn V raketi mühəndislik nailiyyəti ilə bərabər dövlət iradəsinin texniki elmi-texniki təntənəsi oldu.

Bu hekayədə Verner fon Braun kimi paradoksal fiqurlar da var. Bir tərəfdə nasist keçmişi, digər tərəfdə insanı Aya aparan mühəndislik zəkası.

Bu, rahat həzm olunan tarix deyil. Çünki hər böyük texnoloji sıçrayışın arxasında yalnız zəka yox, bəzən unudulmaq istənilən qaranlıq səhifələr də dayanır.


1969-cu ildə Nil Armstronqla Ay səthinə enişi onillik siyasi qərarlar və minlərlə insanın əməyi ilə gerçəyə çevrildi.

1972-dən sonra isə Amerika Aya uçuşları dayandırdı. Bunun səbəbi texniki deyil, siyasi idi. Rəqabət bitmiş, maraq sönmüş, maliyyə azalmışdı.

Kosmosa marağın itməsi isə ən təhlükəli vakuumdur.

Bu gün Ay yenidən gündəmdədir. ABŞ, Çin və digər güclər onu artıq romantik hədəf kimi yox, strateji resurs kimi görür.

Ay uzaqda deyildi, uzaqda olan insanın cəsarəti idi…

***

“Dünyaya qayıtmaq Aya getməkdən çətindir”, – bunu bir məqaləmdə yazmışdım.

Və indi bu cümlə yenidən aktuallıq qazanır: Artemis II missiyasının astronavtları 11 aprel səhərə doğru Yerə qayıdırlar.


Bu, sadəcə bir uçuşun sonu deyil.

Bu, insanın kosmosla münasibətində yeni mərhələnin başlanğıcıdır.

Elm, texnologiya və mütərəqqi dünya daha bir həddi keçdi.

İnsan artıq yalnız Yerə aid varlıq deyil, planetlərarası səyahətə hazırlaşan yeni bir növdür...

Gələcək çox tez gələcək.

Və o gələcək Elmlə gələcək.

9 aprel 2026

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ