Modern.az

Yağışlarla əlaqədar təhlükəsizik tədbirləri görülür - VİDEO

Yağışlarla əlaqədar təhlükəsizik tədbirləri görülür - VİDEO

Aktual

Bu gün, 17:04

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ