Modern.az

BMU Elm və təhsil komitəsi ilə birgə tədbir keçirib

BMU Elm və təhsil komitəsi ilə birgə tədbir keçirib

Aktual

Bu gün, 16:20

Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib. 

Modern.az xəbər verir ki, universitet rəhbərliyi, Milli Məclis üzvləri, elm və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində, həmçinin 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi altında çalışmış Mehrac Əliyevin fəaliyyətinə həsr edilən “Mənalı və şərəfli ömürdən səhifələr” adlı kitab təqdim olunub.

BMU-nun rektoru Yaqub Piriyev açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin memarı, milli ideologiyanın və ölkəmizin hərtərəfli inkişaf strategiyasının banisi kimi tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ciddi tarixi sınaqlardan uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoyub, hüquqi dövlət quruculuğu istiqamətində fundamental addımlar atılıb, iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm baza formalaşdırılıb. Eyni zamanda, milli təhsil strategiyasının müəyyənləşdirilməsi, elm və mədəniyyətin inkişafı, gənclərin savadlı və vətənpərvər ruhda yetişdirilməsi onun fəaliyyətinin əsas prioritetlərindən olub. 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün Azərbaycanda yaratdığı ağır siyasi böhran, idarəetmədəki zəiflik, iqtisadi tənəzzül və sosial gərginlikdən danışan rektor bildirib ki, bütün sferalarda uğursuzluqlar ölkənin suverenliyi üçün ciddi təhlükə yaratmışdı. Belə bir mürəkkəb tarixi mərhələdə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında həlledici rol oynayıb.

Vurğulanıb ki, tədbir çərçivəsində dəyərli ziyalı Mehrac Əliyevlə bağlı kitabın təqdim olunması təsadüfi xarakter daşımır. Mehrac Əliyev 1990-cı illərin əvvəllərində ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, siyasi mübarizənin önündə dayanıb, Yeni Azərbaycan Partiyasının Ordubad rayonunda formalaşmasında mühüm xidmət göstərib.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İmran Əbilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, BMU-nun professoru Şikar Qasımov və digərləri çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqil dövlət quruculuğunun formalaşdırılmasında və milli inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz xidmətlərindən bəhs edib, onun siyasi irsinin bu gün də ölkənin hərtərəfli inkişafına xidmət etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb, ölkəmizin müstəqilliyi, suverenliyi dönməz xarakter alıb. Ulu Öndər qısa müddət ərzində ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, ölkəni parçalanma təhlükəsindən xilas edib, vətəndaş müharibəsi riskini aradan qaldırıb və Azərbaycanın müstəqilliyini əbədiləşdirib. Eyni zamanda, onun təşəbbüsü ilə strateji enerji layihələrinin həyata keçirilməsi ölkənin iqtisadi inkişafının əsasını qoyub. Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək qalib ölkəmizin daha da güclənməsinə xidmət göstərir.  

Çıxış edənlər Mehrac Əliyevin ictimai-siyasi fəaliyyəti və dövlətçilik prinsiplərinə sadiqliyindən danışıblar. Bildirilib ki, o, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun müdafiəçisi kimi 1990-cı illərin əvvəllərində mühüm xidmətlər göstərib, ona edilən hücumlara, yaralanmasına baxmayaraq, öz yolundan dönməyib. Mehrac Əliyevin, həmçinin 1994-1996-cı illərdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrdə Ulu Öndərin tapşırıqlarına uyğun bölgənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlər, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində atdığı addımlar, uzun illər müəllim kimi çalışarkən gənc nəslin yetişməsinə verdiyi töhfələr, müxtəlif nazirliklərdə məsul vəzifələrdəki səmərəli fəaliyyəti diqqətə çatdırılıb. 

Sonda Mehrac Əliyev çıxış edərək, ona göstərilən yüksək diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, onunla görüşlərinin həyat və fəaliyyətində xüsusi yer tutduğunu vurğulayıb. Gənc nəslə dəyərli tövsiyələrini çatdıran Mehrac Əliyev, onları milli-mənəvi dəyərlərə sadiq qalmağa, vətənə və xalqa xidmət etməyi əsas məqsəd kimi müəyyənləşdirməyə çağırıb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ