Modern.az

Makron Ərdoğanla 3 bölgəni müzakirə edib

Makron Ərdoğanla 3 bölgəni müzakirə edib

Aktual

Bu gün, 16:51

Makron və Ərdoğan Yaxın Şərq, Ukrayna və Cənubi Qafqazı müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.

Modern.az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, görüş zamanı ilk növbədə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Tərəflər Livanda atəşkəs rejiminə əməl olunmasına, Hörmüz boğazında gəmiçiliyin azadlığının qorunmasına və uzunmüddətli diplomatik həll yollarının tapılmasına çağırış ediblər.

Makron qeyd edib ki, görüşdə Ukraynadakı vəziyyət də diqqət mərkəzində olub. Onun sözlərinə görə, tərəflər ədalətli və dayanıqlı sülhün təmin olunması üçün birgə səyləri müzakirə ediblər. Bu sülhün BMT Nizamnaməsinə uyğun olması və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinə əsaslanması vurğulanıb.

Fransa Prezidenti əlavə edib ki, 4 mayda İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti kontekstində Cənubi Qafqazda sülh prosesinə dəstək ifadə olunub. Onun sözlərinə görə, bu proses regionda açıq sərhədlər və əməkdaşlığa əsaslanan yeni mərhələnin başlanğıcına səbəb ola bilər.

Makron sonda bildirib ki, tərəflər dialoqun və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ