Modern.az

İran ABŞ ilə danışıqlar üçün əsas şərtlərini açıqladı

İran ABŞ ilə danışıqlar üçün əsas şərtlərini açıqladı

Dünya

11 Aprel 2026, 15:49

İran ABŞ ilə mümkün danışıqlar üçün əsas şərtlərini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "IRIB" məlumat yayıb.

Məlumata görə, İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş zamanı Tehranın Vaşinqtonla danışıqlara dair mövqeyini izah edib.

Bildirilib ki, İranın “qırmızı xətləri” sırasında Hörmüz boğazına nəzarət, reparasiyaların ödənilməsi, İran aktivlərinin dondurulmasının ləğvi və regionda tam atəşkəsin təmin olunması yer alır.

Qeyd olunur ki, Tehran bu şərtlər əsasında danışıqlara hazır olduğunu bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV