Modern.az

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Aktual

Bu gün, 17:10

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün tədbirlərə başlandığını açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, ABŞ dünya ölkələrinə “yardım məqsədilə” Hörmüz boğazının təmizlənməsi prosesinə başlayır:

“Hazırda biz Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və digər ölkələr üçün bir növ xidmət olaraq Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə başlayırıq”.

O, eyni zamanda İranın hərbi potensialının ciddi şəkildə zəiflədiyini iddia edib. ABŞ prezidentinin sözlərinə görə, İranın donanması, hava qüvvələri, hava hücumundan müdafiə sistemi və hərbi infrastrukturu demək olar ki, məhv edilib.

Tramp əlavə edib ki, bəzi ölkələrin neft tankerləri ABŞ-a yönələrək burada yüklənir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ