Modern.az

Vətən müharibəsi şəhidinin qardaşı da ŞƏHİD OLDU

Vətən müharibəsi şəhidinin qardaşı da ŞƏHİD OLDU

22 Sentyabr 2023, 09:34

Vətən müharibəsi zamanı şəhid olan Famil Həsənzadənin böyük qardaşı Şamil Həsənzadə şəhid olub.

 

Modern.az xəbər verir ki, o, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

 

Qeyd edək ki, Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. O, noyabrın 8-də Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Sığnaq kəndində şəhid olub.

 

Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV