Modern.az

ABŞ Dövlət katibi İsrailə getdi

ABŞ Dövlət katibi İsrailə getdi

Dünya

23 Oktyabr 2025, 08:38

ABŞ Dövlət katibi Marko Rubio İsrailə yola düşüb.

Modern.az xəbər verir ki, Dövlət Departamentinin məlumatına əsasən, səfərin məqsədi Qəzzadakı münaqişənin sona çatdırılması üçün Prezident Donald Trampın irəli sürdüyü Hərtərəfli Planın həyata keçirilməsini dəstəkləməkdir.

İsraildəki görüşlərdən sonra Marko Rubionun oktyabrın 26–30-da Malayziya, Cənubi Koreya və Yaponiyaya səfəri planlaşdırılır. Kuala-Lumpurda o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin liderlərinin sammitində iştirak edəcək.

Koreyada isə Dövlət katibinin Asiya və Sakit Okean hövzəsi ölkələrinin liderlərinin iqtisadi sammitində iştirak etməsi gözlənilir. Prezident Donald Trampın da hər iki sammitdə iştirakı nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?