Modern.az

Beş rayonun keçmiş prokuroru vəfat edib

Beş rayonun keçmiş prokuroru vəfat edib

Allah rəhmət eləsi̇n

15 Noyabr 2025, 20:15

Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüquq elmləri üzrə fəlsəfə doktoru polkovnik İlham Abbasov vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

İ.Abbasov uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutub. O, Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru olub. Daha sonra Baş Prokurorluğunun mərkəzi Aparatında işləyib.

2001-2017-ci illərdə Ədliyyə Nazirliyinin Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb. 2017-ci ildən təqaüddə idi.

Mərhum Bakının Mehdiabad qəbristanlığında dəfn edilib.

Allah rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!