Modern.az

Şəhid anası vəfat etdi - FOTO

Şəhid anası vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

17 Noyabr 2025, 09:52

Vətən müharibəsi şəhidi Elvin Ağakərimovun anası vəfat edib.

Modern.az xəbər verir ki, şəhid anası Xədicə Ağakərimova yaşadığı Şamaxı rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü E.Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-si Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra bir neçə medalla təltif edilib.

 

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada