Modern.az

Azərbaycanda rəssam vəfat etdi - FOTO

Azərbaycanda rəssam vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

22 Noyabr 2025, 09:37

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb.

1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən "Dünyanın ən görkəmli 200 rəssamının sərgisi"ndə yer alıb.

UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

1479877

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu ölkələrdən Rusiyayla müharibə hazırlığı - Türkiyə də qoşuldu