Bakı Slavyan Universitetinin (BSU) kollektivinə ağır itki üz verib.
Uuniversitetin professoru, filologiya elmləri doktoru Zemfira Vəliyeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə BSU-nun mətbuat xidməti məlumat yayıb.
Yaxınlarının məlumatına görə, Z.Vəliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Professor Zemfira Vəliyeva BSU-da Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru idi. O, Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında təmsil olunurdu.
Allah rəhmət eləsin.