Modern.az

Azərbaycanlı tələbə Türkiyədə qəfil öldü - FOTO

Azərbaycanlı tələbə Türkiyədə qəfil öldü - FOTO

Allah rəhmət eləsi̇n

17 Yanvar 2026, 10:36

Türkiyədə halı pisləşən azərbaycanlı gənc vəfat edib.

Modern.az xəbər verir ki, hadisə Antalya vilayətinin Alanya şəhərində qeydə alınıb.

Ailəsi ilə birgə yaşayan və Azərbaycan vətəndaşı olan 21 yaşlı Tanverdi Salmanovun səhhəti qəfil pisləşib. O, dərhal Manavqat Dövlət Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Bildirilib ki, T.Salmanov Türkiyədə universitetlərin birində təhsil alırmış.

Gəncin ölüm səbəbini müəyyən etmək üçün araşdırma aparılır. (Mənbə Qafqazinfo)

Sizə yeni x var
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada