Modern.az

Məşhur generalın polkovnik qardaşı vəfat edib

Məşhur generalın polkovnik qardaşı vəfat edib

31 Yanvar 2026, 10:25

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.

Modern.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında vəfat edib.

Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı