Modern.az

Keçmiş partiya sədrinə ağır itki

Keçmiş partiya sədrinə ağır itki

Allah rəhmət eləsi̇n

5 Fevral 2026, 10:32

Vəhdət Partiyasının Baş Məclisinin sədri, sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib.

Modern.az-ın məlumatına görə, onun bacısı oğlu İlqar Seyidov dünyasını dəyişib.

Vəhdət Partiyasının fəaliyyətində və təşkilati işlərində böyük zəhməti olan İlqar Seyidov həm də partiyanın Şamaxıdan Baş Məclisinin üzvü olub.

Partiya İlqar Seyidovun vəfatı ilə əlaqədar paylaşım edib

Paylaşımda deyilir:

"O, partiya ideallarına sədaqəti ilə seçilən vəhdətçilərdən biri kimi yadda qalacaq. Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi və partiyanın kollektivi Tahir Kərimliyə yaxınının vaxtsız vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyir.

Allah rəhmət eləsin!".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!