Kəlbəcər rayonunun tanınmış ziyalılarından olan Vaqif Bayramov dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Vaqif Rza oğlu Bayramov 26 mart 2026-cı il tarixində Vətən həsrəti ilə vəfat edib.
O, 18 avqust 1956-cı ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Ali təhsilini başa vurduqdan sonra rayon işğal olunana qədər Sarıdaş kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
Kəlbəcərin işğalından sonra Göygöl rayonunun Bənövşəli (keçmiş Mixaylovka) kəndində məskunlaşan Vaqif Bayramov pedaqoji fəaliyyətini təqaüdə çıxana qədər davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ona “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.
Mərhum martın 27-də müvəqqəti məskunlaşdığı Bənövşəli kəndində dəfn ediləcək. 3 və 7 mərasimləri isə martın 29-da həmin kənddə keçiriləcək.
Allah rəhmət eləsin!