Modern.az

Jurnalistin dəfn yeri məlum oldu

Jurnalistin dəfn yeri məlum oldu

Allah rəhmət eləsi̇n

Bu gün, 10:05

Vətən müharibəsi iştirakçısı, mərhum jurnalist Rəşad Baxşəliyev bu gün Masazır kənd qəbiristanlığında dəfn ediləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, jurnalistin cənazəsi bu gün günorta saatlarında mərhum anasının yanında dəfn ediləcək.

Xatırladaq ki, Rəşad Baxşəliyev səhər saatlarında ürək çatışmazlığı səbəbilə vəfat edib.

Qeyd edək ki, o, uzun illər “Şərq” qəzetində fəaliyyət göstərib, daha sonra “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Vətən müharibəsinə könüllü yollanan Rəşad Baxşəliyev “Qubadlının azad olunmasına görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
İran bir milyonluq ordu topladı: ABŞ quru əməliyyatına başlayır