Modern.az

Azərbaycan Ermənistana qaz və elektrik sata bilər

Azərbaycan Ermənistana qaz və elektrik sata bilər

Analitika

18 Noyabr 2025, 14:38

Ermənistan Baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevlə "Tramp marşrutu" boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilişini müzakirə etdiklərini bildirib.

Baş nazir ümumiyyətlə hesab edir ki, layihənin həyata keçirilməsində heç bir maneə yoxdur.

Məsələ ilə əlaqədar Modern.az-a danışan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Zəngəzur dəhlizinin detallarının müzakirə olunması çox gözəl xəbərdir:

“Zəngəzur dəhlizi məsələsinin irəliləməsi bizim maraqlarımıza uyğundur. Qaz kəmərinin olması da çox gözəl hadisədir. Naxçıvana uzun müddət İran qaz verirdi və əvəzində geopolitik güzəştlər istəyirdi. İrana Naxçıvana təbii qaz verdiyinə görə digər istiqamətlərdən qaz verilirdi. Bu da, həqiqətən Azərbaycanın ən sıxıntılı vəziyyətlərindən biriydi. İndi Qars üzərindən dolayı yolla Naxçıvana qaz xətti çəkdilər. Bu isə təqdirəlayiqdir”.

Sabiq diplomat vurğulayıb ki, Azərbaycan Ermənistanı enerji daşıyıcıları ilə özünə bağlamalıdır:

“Son aylarda bir xəbər çıxmışdı ki, Ermənistan türkmən qazının İran üzərindən alınması məsələlərini müzakirə edir. Bu, əvvəla rəqabət baxımından, eləcə də Ermənistana strateji münasibətlərimiz baxımından yaxşı xəbər olmamışdı. Azərbaycan tərəfi Ermənistanı enerji daşıyıcları ilə özünə bağlamalıdır. Bu da onun strateji maraqlarına uyğun gəlir. Əlbəttə ki, Ermənistana elektrik və qaz sata bilərik. Mən arzu edərdim ki, sataq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ