Modern.az

Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI

Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI

Analitika

20 Noyabr 2025, 09:56

Azərbaycanla Ermənistan arasında müharibənin bitdiyi 2020-ci ilin noyabrından bəri sülh prosesinin irəliləməsi daha çox Bakının təşəbbüsləri hesabına mümkün olub. Azərbaycan ard-arda konkret təkliflər irəli sürüb, danışıqların formatı və əsas prinsiplər üzrə mövqeyini açıq şəkildə ortaya qoyub. Bu isə təbii olaraq belə bir sual yaradır: Niyə İrəvan eyni dərəcədə fəal görünmür?

Bir tərəfdən, bu vəziyyət Azərbaycanın Ermənistanı sülhə doğru yönləndirdiyini göstərir. Yəni Bakı siyasi və diplomatik addımlarla prosesə dinamika qazandırır və İrəvanın mövqeyini müəyyən çərçivədə formalaşdırmağa nail olur.

Digər tərəfdən, Ermənistan hökumətinin öz adından genişmiqyaslı, aydın təşəbbüslər ortaya qoya bilməməsini yalnız siyasi iradə çatışmazlığı ilə izah etmək doğru olmaz. Bu durum əksər ekspertlər tərəfindən Paşinyan hökumətinə qarşı daxili təzyiq və müqavimət ilə əlaqələndirilir. Ermənistan daxilində radikal müxalifətin, kilsənin, Qarabağla bağlı revanşist dairələrin və Rusiyanın yaratdığı siyasi təzyiqlər hökumətin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Nəticə etibarilə, Ermənistanın passiv görünməsi həm daxili siyasi müqavimətlə, həm də regional güc balansının dəyişməsi ilə bağlıdır. Azərbaycan isə təşəbbüsü əlində saxlayaraq sülh prosesinə real kontur verən tərəf kimi çıxış edir.

Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan siyasi hakimiyyətinə daxildən güclü təzyiq var:

“Revanşistlərin, kilsənin, müxtəlif millətçi dairələrin təzyiqləri nəticəsində hökumət bəzən sözün əsl mənasında əl-qol aça bilmir. Mənim zənnimcə, Rusiyanın da burada Ermənistana ciddi təzyiqi mövcuddur. Paşinyan erməni xalqının beynini təmizləmək lazımdır, bugünkü düşüncə tərzi rus KQB-sinin təzyiqi və təsiri altında formalaşıb, biz bu fikirlərdən qurtulub müstəqil xalq olmalıyıq dedikdə, Rusiya dərhal müxtəlif hədyanlar söyləməyə başlayır. Ermənistanın indiki rəhbərliyi danışıqlar üçün ən məqbul rəhbərlikdir. Bundan əvvəlki və bundan sonrakı hökumətlər də Paşinyan qədər erməni xalqının qüsurlarını, eyiblərini bilən bir adam olsun və bu istiqamətdə erməni xalqının illərlə yoluxduğu mənəvi xəstəlikdən azad etməyə çalışsın. Amma Paşinyan bu istiqamətdə müəyyən addımlar atıb, məsafə qət edib. Erməni xalqını tənqid etməkdən çəkinmir. Bəziləri onu türk olmaqda və xalqı sevməməkdə günahlandırırlar. Məsələ burasındadır ki, xalqını tənqid edərkən onu müasirləşdirmək, müasir proseslərə qoşmaq və onun beynindəki müxtəlif  xalqlara-türk və azərbaycanlılara qarşı mənasız cəfəng fikirlərdən azad etmək istəyir ki, bölgədə sülh və əmin amanlıq olsun".

İndiyə kimi Ermənistanın sülh təşəbbüsü ilə çıxış etməməsinin digər bir səbəbini isə Qabil Hüseynli belə izah edib:

"Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüs irəli sürməkdə Paşinyanı qabaqlayır. Bu da diplomatik təcrübədən və uzaqgörənlikdən irəli gəlir".

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin səhhəti pisləşdi - Xəstəxanya yerləşdirdilər