Modern.az

Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH

Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH

Analitika

11 Dekabr 2025, 17:45

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizindən danışıb.

"Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq. Ona dəmir yolları, yollar, neft və qaz boru kəmərləri və fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək səlahiyyəti veriləcək. Gələn il praktiki həyata keçirmə və tikinti mərhələsinə keçəcəyik", - o deyib.

Bir məsələ də var ki, gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə Paşinyan komandasının qalib gəlməyəcəyi təqdirdə proseslərin gedişatının necə olacağı maraq doğurur

Modern.az-a açıqlamasında Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirib ki, hər şey növbəti 6 ay ərzində Paşinyan hökumətinin TRIPP layihəsi ilə bağlı razılığa gəlib-gəlməyəcəyi ilə bağlıdır:

“Ermənistan tərəfi layihəni çatdıra bilsələr, hökumət adından sənəd imzalayıb öhdəliklər götürməlidir. Düşünmürəm ki, Paşinyan seçkilərdə məğlub olacağı təqdirdə yeni hökumət, xüsusilə də Trampın prezident olduğu bir dövrdə ABŞ qarşısında öhdəliklərindən geri çəkilsin. Lazımdır ki, seçkiyə qədər növbəti 6 ay ərzində Ermənistan TRIPP-lə bağlı ABŞ ilə razılaşsın”.

F.Məmmədov vurğulayıb ki, Azərbaycan bütün situasiyalara hazırdır:

“TRIPP-lə bağlı razılaşmalar olduğu təqdirdə Paşinyanın seçilib-seçilməməsindən asılı olmyaraq, Azərbyacan bütün ssenarilərə hazırdır. Yəni yeni hökumətlə danışıqların başlayıb-başlamaması məsələsi var. Azərbaycan 2018-ci ildə olduğu kimi, indi də yeni qüvvələr hakimiyyətə gəlsə, gözləməli olacaq ki, yeni hakimiyyətin Azərbaycanla bağlı mövqeyi formalaşsın. Bundan sonra müvafiq qaydada addımlar atılacaq”.

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?