Modern.az

Ermənistandan təhdid olsa, Azərbaycan qabaqlayıcı addımlar atacaq

Ermənistandan təhdid olsa, Azərbaycan qabaqlayıcı addımlar atacaq

Analitika

9 Fevral 2026, 12:33

Ermənistanda İrəvanda Qarabağdakı keçmiş qondarma rejimin "nümayəndəliyi" adlanan ofis fəaliyyət göstərir. Separatçıların sonuncu rəhbəri Samvel Şahramanyanın rəhbərlik etdiyi ofis təxribatçı fəaliyyəti və Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təhdidləri ilə diqqət çəkir.

Bu isə Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları baxımından heç də müsbət hal deyil. Çünki sülh üçün razılaşdırılmış şərtlərdən biri də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Məhz bu baxımdan Ermənistan hakimiyyətindən Qarabağ separatçılarının son qalıqları ilə bağlı qətiyyətli addım atmasına ehtiyac var.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək istəyənlər buna görə cavab verəcəklərini bilməlidirlər:

"Ermənistanda hər hansı məhkəmənin haqqı yoxdur ki, qonşu dövlətin ərazisi ilə bağlı nəsə qərarlar qəbul etsin. İndi Ermənistanda məhkəmə Şahramanyanla bağlı nəsə qərar verib. Bunlar sadəcə siyasi sirkulyasiya və oyunlardır. Qeyri-qanuni qurumun ləğv olunması Azərbaycan Konstitusiyasına uyğun olaraq, həyata keçirilir. Ermənistanda bu istiqamətdə, yəni qondarma rejimin tərəfinə olan qərarları qanunsuzdur. Bu, sadəcə olaraq, cinayətkarların öz daxilində apardıqları siyasi oyunlardır. Məsələyə bu prizmadan baxmaq lazımdır. Ermənistanda Azərbaycana qarşı hansısa siyasi qüvvələr bu və ya digər şəkildə ərazi iddiaları siyasətini həyata keçirmək istəyirlərsə, bu barədə cavab verəcəklərini bilməlidirlər. Azərbaycan bu cür özünə qarşı olan fəaliyyəti təhlükə kimi qəbul edir. Və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı tədbirlər görməyi öz üzərinə götürməyə məcburdur".

T.Zülfüqarov vurğulayıb ki, qondarma rejimin tör-töküntülərinin qanunsuz fəaliyyətinin qarşısının alınması üçün Ermənistan tərəfi lazımi addımlar atmalıdır:

"Bununla bağlı olaraq, Azərbaycanın tələbini yada salmaq lazımdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, anneksiya siyasəti bəyan olunur. Bu, faktiki şəkildə qanun olaraq qəbul olunub. Ermənistan Azərbaycanla sülh əldə etmə istəyirsə, təbii, bu qanunları qüvvədən düşmüş hesab etməlidir. Ondan sonra sülh sazişinə qol çəkilə bilər. Azərbaycan Ermənistanda gedən prosesləri diqqətlə izləyir. Azərbaycan dövlətçiliyinə, vətəndaşlarımızın təhlükəsizliyinə hansısa təhdidlər yaranarsa, BMT nizamnaməsinə uyğun olaraq, qabaqlayıcı addımlar ata bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi