Modern.az

Auditoriyanı izləmədə saxlamaq üçün etik prinsipləri pozanlar...

Auditoriyanı izləmədə saxlamaq üçün etik prinsipləri pozanlar...

Analitika

23 Fevral 2026, 13:37

Bəzi media nümayəndələri auditoriyanı izləmədə saxlamaq üçün etik prinsipləri pozurlar.

Şəxsi sosial şəbəkə hesablarında sərbəstlikdən sui-istifadə edən bəzi jurnalistlər cəmiyyətdə çaşqınlığa səbəb olurlar. Bu, haqlı olaraq cəmiyyətlə  narazılıq və etiraz yaradır. Yalan və ya təhrif olunmuş məlumatın yayılmasından başqa mimika, hərəkət və jestlərin, eləcə də danışıq üslubunun məqbul seçilməməsi müşahidə olunur.

Bundan daha çətini cəmiyyətdə çaşqınlıq yaradan yalana bərabər xəbərdir.

Media eksperti Səbuhi Abbasov Modern.az-a açıqlamasında bildirib ki, kəskin mimika, jest və hərəkətlər alqoritmin axıcılığını təmin etmək üçün efir aparıcılarının əl atdığı metoddur.

“Əslində, ciddi media subyekti üçün bu düzgün bir addım deyil. Belə təyinat "travel blogerləri" üçündür. Təəssüf ki, bəzi jurnalistlər bunu ictimai-siyasi sferaya da gətirdilər. Təhrif olmuş xəbər yayan, yersiz mimikalar edən jurnalistlər, təbii ki, işlədikləri kütləvi informasiya vasitəsinin adlarına da xələl gətirirlər”.

Ekspert deyib ki, baxış üçün hər hansı bir videomaterialın müəyyən hissəsini kəsib dəqiq informasiyanı gizlətməklə cəmiyyətdə sual yaradırlar ki, yayım sona qədər izlənsin:

“Jurnalistikanın sosial şəbəkələrdə təmsil olunması ayrı bir kursdur. Düşünürəm ki, bizim jurnalistlər hələ buna hazır deyil və məhz bu istiqaməti mənimsəməlidirlər”.

Səbuhi Abbasov eyni zamanda qeyd edib ki, Medianın İnkişafı Agentliyi artıq bir neçə ildir, seminar və təlimlər keçirir:

“Tövsiyə edirəm ki, jurnalistlər Agentliyin təşkil etdi təlimlərdə iştirak etsinlər.

Həmçinin Audiovizual Şura nitqi monitorinq etdiyi kimi bu sahəni də tənzimləməlidir”.

“Media Haqqında Azərbaycan Respublikasının Qanununun 14 maddəsində qeyd olunub ki, “faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir”, - deyə ekspert əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı