Modern.az

Ermənistan İranla ABŞ-yə qarşı hərbi təlimlərə hazırlaşır

Ermənistan İranla ABŞ-yə qarşı hərbi təlimlərə hazırlaşır

Analitika

24 Fevral 2026, 14:12

Yaxın gələcəkdə Ermənistanla genişmiqyaslı hərbi təlimlərin keçirilməsi mümkündür.

Modern.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami İrəvanda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bu təlimlər ötən ilin aprel ayında iki ölkə sərhədində keçirilən xüsusi təyinatlı qüvvələrin manevrlərindən daha böyük miqyaslı ola bilər.

Xəlil Şirqolami bildirib ki, İrəvan və Tehran arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir və bunu müdafiə naziri Papikyanın İrana hazırkı səfəri də sübut edir. Diplomat əlavə edib ki, bu səfər çoxdan planlaşdırılıb və tərəflər yeni sahələri və proqramları müzakirə etmək niyyətindədirlər.

O, müdafiə sahəsində əməkdaşlığın sərhədlərin toxunulmazlığı və iki ölkənin ərazi bütövlüyü prinsiplərinə əsaslandığını iddia edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?