Modern.az

KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA

KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA

Analitika

Bu gün, 17:53

Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması sazişini və onun protokolunun ləğvini yekun oxunuşda qəbul edib. Moldova Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bu ölkənin MDB-dən rəsmi şəkildə çıxması üçün 1 il lazım olacaq.
 
Xatırlatmaq yerinə düşər ki, Moldovadan əvvəl Gürcüstan və Ukrayna da MDB-dən çıxıblar.
Analitiklərin fikrincə, Moldovanın MDB ilə bağlı qərarı bu təşkilatın sonrakı taleyi barədə suallar yaradır.
 
Məsələ ilə əlaqədar Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın da eyni yolu getməsinə ehtiyac olmadığını bildirib:
"MDB Azərbaycan üçün pislik etməyib. Bu təşkilat elə bir məkandır ki, müxtəlif yerlərdə görüşlər olur, çıxışlar edilir. Bundan sonra öz evinə gedib işini görürsən. Bu baxımdan düşünmürəm ki, MDB-dən çıxmaq Azərbaycan üçün faydalı olar. İndi bilmirəm, sabah  hansı hadisə olacaq...
Gürcüstan Cənubi Osetiya və Abxaziya məsələsinə görə, Ukrayna isə müharibəyə görə MDB-dən çıxdı. Moldova da müəyyən narahatlıqlara görə qorxur. Ancaq Azərbaycanın onların yolu ilə getməsinə ehtiyac olduğunu düşünmürəm.
 
MDB-nin taleyi necə olacaq məsələsinə gəldikdə, deyə bilərəm ki, hər şey elə belə də qalacaq. MDB-də böyük bir qatardır. Onun qabağında Rusiya gedir. Rusiya böyük ölkədir, yavaş-yavaş qurumun fəaliyyətini Orta Asiya ölkələri və Azərbaycanla birlikdə aparacaq. Ancaq yenə deyirəm, sabah böyük nəsə faciə olsa, bəlkə durum dəyişər. Misal üçün deyirdilər ki, Rusiya Ukrayna müharibəsi tezliklə qurtaracaq. Amma bu gün müharibənin dayana biləcəyinə ehtimal görmürəm. Heç atəşkəs əldə edə bilmirlər".
 
Sabiq nazir Ermənistanın KTMT-dən çıxması ilə bağlı suala isə belə cavab verib: "Məsələni dərindən analiz etsək, Ermənistanın KTMT-dən tam şəkildə çıxmaq istəmədiyi qənaətinə gələ bilərik. Çünki ortada təhlükəsizlik məsələsi var. Ermənistan KTMT-dən çıxsa, təhlükəsizliyini necə qoruyacaq? Paşinyan təhlükəsizlik üçün Azərbaycanla sülh imzalamlı olduqlarını deyir. Bu işləyən formuladır, yoxsa yox, məsələ dərindən təhlil olunmalıdır.
 
Ermənistan KTMT üzvlüyü üçün ödəniş etməsə də, onun tədbirlərinə qatılmasa da, kağız üzərində üzvdür. İndi Ermənistanda "bu təşkilatın yerinə Ermənistanı kim qoruyacaq" sualına cavab axtarırlar. Tam əminəm ki, heç Ermənistanın özündə necə edəcəklərini bilmirlər". 
 
Elmar Məmmədyarov bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı da fikirlərini bölüşüb: “Maraqlı məqamlardan biri də Paşinyanla görüş zamanı Vladimir Putinin Samvel Karepetyanın seçkilərdə iştirakına eyham vurması idi. Bu, doğru yanaşma deyildi.  Ermənistanın qanunları var. Yalnız Ermənistan vətəndaşı baş nazir seçilə bilər. Samvel Karepetyan Rusiya vətəndaşı olduğundan onun baş nazir olması mümkün deyil. Çox güman ki, Rusiya Ermənistandakı seçkilərə  müdaxilə edəcək. Ermənistan Rusiya üçün yaxın və önəmli ölkədir. Paşinyan elə-belə demir ki, Ermənistan həmişə Rusiyanın yanında olacaq. Paşinyanın bu fikri tostdur, yoxsa doğrudan belə fikirləşir, bilmirəm. Amma Rusiya öz sözünü deyir.
 
Mənim fikrimcə, Paşinyan və onun partiyası 7 iyun seçkilərində qalib gələ bilər. Ermənistan əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Neçə faizlə qalib gələcək, onu deyə bilmərəm. Yeri gəlmişkən, Paşinyanın koalisiyaya getməli olacağı ilə bağlı iddialar da var. Mən bu iddiaları doğru saymıram. Müxalif namizədlər Robert Köçəryan və Samvel Karepetyandır. Paşinyan onlarla necə koalisya qura bilər? Bu baxımdan onun təkbaşına iqtidar olacağını düşünürəm".

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı