Modern.az

Azərbaycanla sülh Ermənistanı Rusiya təhlükəsindən uzaqlaşdırır 

Azərbaycanla sülh Ermənistanı Rusiya təhlükəsindən uzaqlaşdırır 

Analitika

Bu gün, 15:18

Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətin ölkənin təhlükəsizlik təminatçısına ehtiyacı olduğu barədə fikirlərinə münasibət bildirərkən diqqətçəkən açıqlama verib. Spiker jurnalistlərə açıqlamasında Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Azərbaycan olduğunu vurğulayıb.

Simonyan əlavə edib ki, müxtəlif qüvvələr Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi qarşıdurmaya cəlb etməyə çalışır:

Bir çox qüvvələr bizi yenidən müharibəyə sürükləmək istəyir. Lakin bu cəhdlərin qarşısı alınmalıdır, - o bildirib.

Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, sülh sazişindən sonra,doğrudan da, Ermənistanla Azərbaycan bir-birilərinə təhlükə yaratmayacaq:

“Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın təhlükəsizliyinin qarantının Ermənistan, Ermənistanın təhlükəsizliyinin qarantının isə Azərbaycan olduğunu bildirmişdi.  Burada söhbət ondan gedir ki, iki dövlət arasında sülh sazişi imzalandıqdan sonra onlar başqa qüvvələrin təsiri ilə vuruşmayacaq, bir-birilərinə təhlükə yaratmayacaqlar. Rusiya Ermənistanda seçkilər ərəfəsində hansısa formada hakimiyyət dəyişikliyi etsə, onda Ermənistan Azərbaycan üçün təhlükə yarada bilər. Revanşistlər hakimiyyətə ələ keçirə, tez-tez atəşkəsin pozulma halları meydana gələ bilər”.

Ekspert vurğulayıb ki, Azərbaycanla sülh sazişi  imzalandıqdan sonra, doğrudan da, əsasən Ermənistan üçün təhlükəsizlik mühiti yaranacaq:

“Münasibətlər normallaşmasından və Azərbaycanla yekun sülh sazişi imzalandıqdan sonra, doğrudan da, Ermənistan üçün təhlükəsizlik mühiti yaranır. Ona görə ki, həm Azərbaycan, həm də Türkiyə ilə iqtisadi əlaqələrin qurulması ilə Ermənistanın Rusiyadan iqtisadi asılılığı aşağı düşür. Belə olan halda Rusiyanın təsir imkanları və yaratdığı təhdidlər azalır.

Bu da, xüsusilə onunla əlaqədardır ki, sonuncu dəfə Paşinyanla görüşdə Vladimir Putin açıq şəkildə Ermənistanı gözləyən təhlükələrdən danışıb. Ona görə də Alen Simonyan Azərbaycanla münasibətlərdən danışıb, onu Ermənistanın qarantı kimi təqdim etməsi normaldır. Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin düzəldilməsi, xüsusən də, Türkiyə sərhədinin açılması Ermənistanı Rusiya təhlükəsindən uzaqlaşdırır. Ermənistan tərəfi başqa qüvvələr dedikdə, əsasən Rusiyanı nəzərdə tuturlar və deyirlər ki, o, müdaxilə etmədən iki dövlətin bir-birilə münasibətlərinin yaxşı olması, onların bir-birinin təhlükəsizliyinin təminatçısı anlamına gəlir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!