Modern.az

Özbəkistan və Türkmənistanın Bakı sammitində iştirak etməməsinin səbəbləri

Özbəkistan və Türkmənistanın Bakı sammitində iştirak etməməsinin səbəbləri

28 Sentyabr 2009, 16:52

st1:*{behavior:url(#ieooui) }

Sentyabrın 28-də Bakıda start götürən Türkdilli Dövlətlərin Parlament Assambleyasının sammitinə Türkmənistanla Özbəkistan qatılmayıb. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov Modern.az-a bildirib ki, bundan öncə qurumun Istanbul toplantısına həmin ölkələr dəvət olunubmuş: “Son anlara qədər Türkmənistan tədbirə qatılmaq fikrində olub. Yalnız tədbir günü məlum oldu ki, bu ölkə sammitə qatılmayacaq. Düzdür, müxtəlif səbəblər göstərilir, amma mən həmin ölkələrin toplantıya qatılmasına əngəl olacaq ciddi səbəb gormürəm”.

Konkret olaraq, Bakıda start götürən Türkdilli Dövlətlərin Parlament Assambleyasının iclasına Türkmənistanla Özbəkistanın qatılmamasının səbəblərinə gəlincə, deputat deyib ki, burada regional münasibətlər müəyyən rol oynayır: “Digər tərəfdən, tam müstəqillik, vulqar duyğu da amildir. Onlar hesab edirlər ki, bu təşkilata qoşulmaqla hansısa öhdəlik götürürlər. Özbəkistanla Türkiyə münasibətlərində müəyyən anlaşılmazlıqlar da var. Görünür prioriteti gözləmək məqsdilə Türkmənistanla Özbəkistan belə addım atır. Ümid edirik ki, sonrakı toplantılarda onlar da iştirak edəcəklər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...