Modern.az

Sosial kirayə məsələsi milli təhlükəsizlik baxımından da çox vacibdir

Sosial kirayə məsələsi milli təhlükəsizlik baxımından da çox vacibdir

1 Oktyabr 2009, 19:57

Oktyabrın 1-dən Mənzil Məcəlləsi qüvvəyə minib. Sənədə əsaslansaq, bununla sosial kirayə məsələsi həll olunacaq, evi olmayan vətəndaşların qeydiyyatı aparılacaq. Siyahıya düşməkdən ötrü aztəminatlı ailələr müvafiq dövlət orqanlarına ərizə ilə müraciət etmələri vacibdir.

Bəzi mütəxəssislər hesab edirlər ki, bu məsələ Azərbaycanda yeni olduğu üçün işin gedişində böyük problemlər ortaya çıxacaq. Məsələnin maraqlı tərəfi sosial kirayə üçün mənzillərin kim tərəfindən tıkılməsi ilə bağlıdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov deyib ki, bu mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər: “İngiltərədə əhalinin 30 faizi sosial kirayədə yaşayır. Sosial kirayə ev ala bilməyən vətəndaşların mənzil probleminin həllinə, həm də vergi ödənişlərinin artmasına imkan yaradacaq. Bundan ən çox qazanan bələdiyyələr olacaqlar”. Deputat bildirib ki, hazırda bələdiyyələrin maddi texniki bazası o qədər aşağıdır ki, bu tez bir zamanda gerçəkləşməyəcək: “Elə bələdiyyələr də var ki, onların kifayət qədər torpaqları var. Həmin torpaqlar tikinti şirkətlərinə verilə bilər. Müqavilə əsasında bələdiyyə torpağının əvəzinə həmin mənzilləri götürər. Bununla da uzunmüddətli qazanc əldə edə bilər ki, bu da bələdiyyənin saxlanmasını və bəzi maddi məsələlərin həllini asanlaşdıra bilər. Qanunvericiliyə əsasən, mənzil haqqı və kommunal ödənişlər 6 aydan keçsə, eyni zamanda mənzildən təyinatı üzrə istifadə edilməsə sosial kirayə müqaviləsi ləğv oluna bilər. İpoteka kreditinin alınması, torpaq sahəsinin ayrılması və digər hallarda da vətəndaş siyahıdan çıxarılacaq”.

Qeyd edək ki, məcəllə ilə xidməti yaşayış sahələri, yataqxanalar, qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirildikləri yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələri hesab edilir. Bu yaşayış sahələri satıla, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsində mənzil-tikinti kooperativlərinin fəaliyyətinə nəzarət məsələsi də əksini tapıb. Sənədə əsasən, mənzil tikinti kooperativləri üzvlərinin pay haqları ilə yaşayış evlərinin tikilməsi, eləcə də binaların yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə istehlak kooperativi formasında yaradılacaq. Mənzil tikinti kooperativləri üzvlərinin sayı beşdən az ola bilməz. Bu cür kooperativlər dövlətin və bələdiyyənin dəstəyi ilə də yaradıla bilər. Yaşayış binası tikildikdən sonra korporativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Cəmiyyəti binanın mənzil mülkiyyətçilərinin 50 faizdən çoxu təsis etməlidir. Bütün lazımi saxlanma xərcləri mənzil mülkiyyətçilərinin öhdəsinə düşəcək. Qeyd edək ki, yaşayış fondunun qeyri-yaşayış fonduna və əksinə keçirilməsi müvafiq icra hakimiyyətinin razılığı ilə həyata keçirilə bilər. Belə hallara əsasən çoxmənzilli binaların birinci mərtəbələri üzrə yol verilir.

Deputatın fikrincə, sosial kirayə ölkənin milli təhlükəsizliyi baxımandan da vacıbdir: “Dövlət başçısının birbaşa nəzarətində olan bu məsələ insanların rifahının yüksəldilməsinə xidmət edir. Bu həm də xarici miqrantlara nəzarət baxımdan da işi asanlaşdırar. Bundan başqa, sosial kirayə həll olunsa, bu, dövlət büdcəsinə gələn gəliri də artırar. Qaldı sosaial kirayənin kimlərə şamil olunması məsələsinə, bunu Nazirlər Kabineti müəyyənləşdirəcək. Hesab edirəm ki, burada bir neçə ailənin bir mənzildə yaşaması, həmin mənzildə sağalmaz xəstənin yaşaması, adambaşına düşən yaşayış sahəsi kimi məsələlər əsas götürülməlidir”.

N.Məmmədov regionlarda sasaial kirayə üçün mənzillərin tikilməsini məqsədəuyğun sayır. 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...