30 Yanvar 2021, 17:29 | Ana Səhifə - Yazılar - Sufi qadınlar...
Sufi qadınlar...
Elçin Alıoğlu

Bütün səmavi dinlərdə olduğu kimi, İslamda da kişi qadından üstün tutulur.

Hüquq və haqlar baxımından müsəlman qadın müsəlman kişinin kölgəsindədir.

Ümumiyyətlə, istisnasız olaraq bütün dinlər qadınların hüquqlarını məhdudlaşdırır: hələ də feodal şüurun hökm sürdüyü Əfqanıstanda da belədir, neyroçiplərin adi hala çevrilməkdə olduğu ABŞ-da da.

Fəqət, İslamda qadın hüquqlarının ifrat dərəcədə məhdudlaşması həmişə olmayıb.

Məsələn, Bağdad mədrəsəsində ədəbiyyatdan dərs deyən Fəhr ən Nisə adlı üləma vardı. Ümm əl Heyr Fatimə və Ümm əl İbrahim əl Yəzdani kimi məşhur İslam və fiqh alimləri də olub.

Klassik ərəb şeriyyatında isə kişi ilə çiyin-çiyinə hərbdə və siyasətdə çıxış edən qadın obrazları var.

Hz.Muhəmmədin arvadlarından biri Aişə, yaxud Hz.Əlinin ən yaxın tərəfdarlarından biri Ümm Bəh kimi.

Di gəl, belə hallar o qədər nadirdir ki, müsəlman qadının yaşamını səciyyələndirə bilməzdi.

İslamda qadın hüquqlarını məhdudlaşdıran ehkamlar artdıqca müqəddəs qadın sitayişi kimi xüsusi yön formalaşdı.

Əslində, din yaranda İsanın anası Məryəm, Hz.Muhəmmədin anası Əminə, qızı Fatimənin müqəddəsləşməsi başlanmışdı.

Məhz bu qadınlara möminlərə əsl dindarlıqdan bəhs edən apokrifik ədəbiyyat həsr olunurdu.

Həmin dönəmlərdə, İslamda Məryəmə, Əminəyə və Fatiməyə səcdə güclənəndə, ilkin orta əsrlərdə bir sıra ölkələrdə qadın mədrəsələri, dərgahları və hətta məscidləri yarandı.

Bu məkanlarda xanımlar Quranı və Şəriəti öyrənməklə yanaşı, bir sıra elmlərdən dərs alırdılar.

O məkanlarda tədris görmüş xanımların çoxu sonradan şairə, yazıçı və alim kimi məşhurlaşdılar.

Fikrimcə, İslamda müqəddəs qadın səcdəsinin inkişafına ərəblərdə İslama qədər olan dövrdə Lat, Üzzə və Manat tanrıçalarına sitayiş, sonralar isə sufizm ciddi təsir etdi.

Qadının "onlar cəhənnəm əhlinin çoxudur" anlamında təqdim olunduğu mühafizəkar baxışdan fərqli olaraq sufilik insanın ruhani və mənəvi inkişafını cinsi mənsubiyyətdən asılı etmir.

Müsəlman ölkələrində mühafizəkar üləmalar ərəb tayfalarına məxsus olmuş matriarxatın qalıqlarını məhv etmək üçün nə qədər çalışsalar da, qadınlar ciddi qüvvə olduqlarını göstərmək istəyirdilər.

Belə "lal üsyan"lardan biri də qadın sufi dərvişlər və şeyxanələr idilər.

Qəliz dillə yazsam, onlar sosial praktika və dominantlıq sisteminin differensialaşmasının gender stratisfaksiyasına qarşı çıxırdılar.

Sadə dillə desəm, onlar kişilərlə eyni hüquqları və bərabərliyi tələb edirdilər.

Halonki onda nə feminizm vardı, nə sufrajizm, nə də çayldfri cərəyanı.

O dövrlərdə sufi mistisizmi və inanc mübhəmliyi müsəlman qadının sözünü deyə biləcəyi yeganə yollardı.
Məşhur sufi xanım şeyxələr vardı.

Məsələn, 801-ci ildə vəfat etmiş Rabiə əl Ədəviyə ən məşhur sufi şeyxə idi. Onun öz "Ümm Qəsr" adlı sufi dərgahı vardı.

Dərgahın həyətində "ribat", yəni mehmanxana da vardı və orada qadın "mürabüt"lər, yəni abidlər yaşayırdılar.

Əl Ədəviyyənin "mənəvi övlad"ları arasında onlarda qadın sufi dərvişlə yanaşı, hətta Əu Həmid əl Qəzali də var.

Etik sufizmin banilərindən sayılan Rabiyə əl Ədəviyyə yazırdı ki, süfi üçün ən dəyərli məqamlar təhsil və tədrislə yox, daxili anlam, dəyişiklik, yəni transformasiya vasitəsilə əldə olunur: "Sərxoş niyə sərxoş olduğunu anlamır.

Amma o, sərxoş olub. Ayıq insan isə nəzəriyyə ilə tanış olandan sonra sərxoş olmaz. Ruh və həqqə eşq də belədir".

Təriqə, məzhəb, riayət və sülklə yanaşı, əl Ədəviyyənin təlimində "məqamət" və "əhval" xüsusi yer tutur: bunlar olmadan "Həqiqə"yə varmaq mümkün deyil.

Kişi sufi dərvişlərin "hənaka"larından fərqli olaraq, "ribat"larda daha sərt qaydalar vardı.

Məsələn, Hələbdəki 7 sufi qadın dərgahında qaydaları "ülgüc misalı" sayılırdı.

Bağdadda da sufi şeyxələr vardı və onların arasında ən məşhuru Fatimə Raziyə idi.

Qahirədə əl Məlik əz Zahir Bəybarsın sevimli qızı, "Binti əl Bağdadiyyə" kimi tanınan Zeynəb binti Əbül Bərəkətin "Məqamət" dərgahı çox tanınırdı.

Həmin ribatın binası hələ də şəhərin Dar əl Əsfar səmtində durur.

"Mənə baxma, zahirimə aldanma, sənə verdiyimi al" deyən şeyxə Bintinin bu kəlmələri sonradan Cəlaləddin Ruminin şeriyyatında dəfələrlə, olduğu kimi iqtibas gətirilərək təkrarlanacaqdı.

Rumi demişkən...

Konya şəhərində də sufi şeyxələr vardı.

Məsələn, məşhur sufi şeyx Əvhad əd Din Kirmaninin müridləri arasında ən məşhuru, xəlifə-pir Zeyn əd Din Sədəqənin "Sədri Həkim" zəviyyəsində (dərgahında) rəhbər Leyla əl Əfləki adlı sufi şeyxə idi.

Həmin dərgahdakı 120 sufi qadın dərvişlər özlərini "fəğirəqan" adlandırırdılar. Bu kəlmə "fəğirə", yəni "yoxsul, səfil, kasıb, kimsəsiz qadın" sözündən törəyib.

Cəlaləddin Ruminin qızı Məlikə Xatun da sufi şeyxə və mürşid idi.

Şəms Təbrizi bu xanım barədə demişdi: "Onların arasında yalnız bir nur var və o nurun mənbəyi Mövlanədir".
Rumi "Məsnəvi"sinin 5-ci cildində Konyadakı qadın sufi dərvişlərin dərgahından bəhs edib.

Sonradan Suriyaya yolanan şeyxə Möminə Xatun orada 18 sufi hənaka və ribat qurmuşdu. Onun müridləri arasında 200-dən artıq sufi xanım vardı ki, hamısı da dərvişlərdi.

Bu barədə Əvhad əd Din Kirmaninin bir neçə şeirində bəhs olunur.

Sufiliyin "pir"lərindən sayılan, İspaniyanın Mursiya bölgəsində doğulub Dəməşqdə vəfat etmiş və tarixdə "Şeyx əl Ərəbi" kimi qalmış böyük Mühiddin əbu Abdulla Muhəmməd ibn Əli əl Əndəlusi həmişə deyərdi: "Mənim bu ürfan və hüruf yoluna varmağımın iki səbəbkarı var, ikisi də müdərris və mütəllimlərim, ikisi də düha, ikisi də qadındı".
Həmin xanımlardan biri Şəms ibn Mərsanə Əndəlüsi, digəri isə Fatimə ibn əl Müthənna Kordovi idi.

Şeyxə Fatimə çox məşhurdu. O, Kordova şəhərindən 8 km aralıdakı "Mətinətə əz Zəhra" dərgahında doğulmuşdu və elə orada da ömür sürmüşdü.

Əl Ərəbi yazır: "Bir dühanın xidmətçisi və şagirdi oldum. İllərlə ondan dərs aldım. Qoca idi, onu tərk edəndə 95 yaşı vardı. Onun üçün həyətdə qamışdan koma tikdim, ölənədək orada yaşadı. Mənə həmişə deyərdi: "Sənin mənəvi ananam, ruh övladımsan və mən sənin fani dünyadakı ananın işığıyam". O, mənə həqq yolu göstərdi".

Ümumiyyətlə, sufilər arasında 19 böyük mürşid, yəni müəllim şeyxə olub. Bu xanımlar sufiliyin tacındakı ziqiymət ləllər sayılır.

Müridlərin, yəni tələbələrin sayına gəldikdə isə, təqribi hesablamalar aparsaq, təxminən 4 minə yaxın sufi qadın dərviş olub tarixdə.

Onlar elmdə, ürvanda, hürufda çox ciddi işlər görüblər, zirvələr fəth ediblər.

Bu isə bir ayrı söhbətin mövzusudur.

Eşqə varın, Eşqli olun...
MÜƏLLİFİN DİGƏR YAZILARI
Həlak olan hərbçilərlə vida mərasimi keçiriləcək 1 Dekabr 2021, 10:40 İrandan da Azərbaycana başsağlığı gəldi 1 Dekabr 2021, 10:37 Tanışını yumruqla ÖLDÜRDÜ 1 Dekabr 2021, 10:35 Şəhidlərin cənazələri ailələrinə təhvil verilir - VİDEO 1 Dekabr 2021, 10:32 Belarus səfirliyindən başsağlığı 1 Dekabr 2021, 10:26 Səfir mina təmizləyənləri izlədi - FOTO 1 Dekabr 2021, 10:23 Erməni xarici işlər naziri İsveçə getdi 1 Dekabr 2021, 10:20 DYP işçi axtarır - VAKANSİYALAR 1 Dekabr 2021, 10:17 Rusiya səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 10:15 “Turist”in sahibinə cinayət işi açıldı 1 Dekabr 2021, 10:13 ABŞ Azərbaycana başsağlığı verib 1 Dekabr 2021, 10:09 Türkiyəli həkim böyrək xərçənginin müalicə yollarını AÇIQLADI 1 Dekabr 2021, 10:05 Toyda CƏRİMƏLƏNƏNLƏR 1 Dekabr 2021, 10:00 “Pfizer” “Omicron”dan da QORUYUR 1 Dekabr 2021, 09:57 Nefti ucuzlaşmaqda davam edir 1 Dekabr 2021, 09:55 Beyləqanda polis GÜLLƏLƏNDİ 1 Dekabr 2021, 09:53 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ 1 Dekabr 2021, 09:50 Tezliklə laçınlılar öz doğma yurdlarında yeni həyata başlayacaqlar 1 Dekabr 2021, 09:44 Ceyhun Bayramov İsveçə getdi 1 Dekabr 2021, 09:38 İlin ən yaxşı 10 futbolçusu - SİYAHI 1 Dekabr 2021, 09:32 Yevlaxda YANĞIN 1 Dekabr 2021, 09:26 Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı 1 Dekabr 2021, 09:20 Xarici valyutaların manata qarşı məzənnələri 1 Dekabr 2021, 09:15 Borca görə 49 nəfər saxlanıldı 1 Dekabr 2021, 09:10 Cəbrayıla gedən yol asfaltlanır - FOTOLAR 1 Dekabr 2021, 09:06 Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı 1 Dekabr 2021, 09:00 Laçına su verildi 1 Dekabr 2021, 08:54 Şəhid Daşqının qardaşından ETİRAZ: “Nigar Qədəşova özünü reklam edir” 1 Dekabr 2021, 08:54 Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF 1 Dekabr 2021, 08:53 COVID-19 xəstələri SAXLANILDI 1 Dekabr 2021, 08:52 XİN-dən Laçının azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM 1 Dekabr 2021, 08:49 Beyin xərçənginin SİMPTOMLAR 1 Dekabr 2021, 08:44 Aslan İsmayılovun oğlu tanınmış şahmatçı ilə evləndi - FOTO 1 Dekabr 2021, 08:36 “Fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edildi - FOTO 1 Dekabr 2021, 08:25 NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu 1 Dekabr 2021, 08:16
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?