28 May 2021, 17:21 | Ana Səhifə - Yazılar - Daha bir sirrimdən vaqif etdim sizləri...
Daha bir sirrimdən vaqif etdim sizləri...
Elçin Alıoğlu

"Hava gözəldir..."

Bu kəlmələri tez-tez yazıram.

İroniya ilə qarşılayanlar da var, lağ edənlər də. Bəndənizi ura-patriotizmdə, hakimiyyətə işləməkdə, "malalamaq"da və ilaxırda da suçlayırlar.

Zərrə qədər inciməm.

Tanrı o dostların hər birinə yar ola.

Dəfələrlə yazmışam: hər şeyə rəğmən, xüsusilə də son olayları və Fransa rəhbərliyinin idiotik, sarsaq bəyanatlarını nəzərə alsaq belə, Parisi çox sevirəm.

Doğmadır o şəhər mənə. Bakı qədər.

De-yure Paris sakini də sayılıram, bunu da demişəm və yazmışam.

Fəqət ki, Parisdən yox, "hava gözəldir" ifadəsindən bəhs etmək istəyirəm.

... İkinci Dünya Savaşı illərində Fransada namus və qeyrəti olanlar, qəlbi Vətən sevgisi ilə döyünənlər Müqavimət Hərəkatına (Résistance) qoşulmuşdular, nasistlərə və yerli xəyanətkarlara divan tuturdular.

Hərəkatın ən effektiv təşkilatlarından biri də "Combat" ("Mübarizə") idi. Anri Freneyin rəhbərlik etdiyi bu qruplaşmanın rəhbərliyində Jorj-Oqüsten Bido, Fransua de Menton kimi möhtəşəm insanlar vardı.

"Komba" kimi tanınan bu qrupun üzvləri uğurlu əməliyyatlar gerçəkləşdirirdilər. Həmin əməliyyatlar barədə isə A.Freneyin göstərişi ilə Müqavimət Hərəkatının digər təşkilatlarına və üzvlərinə “Hava haqqında” şifrələnmiş cümlə vasitəsilə xəbər verilirdi.

Məsələn, əməliyyat Marseldə həyat keçirilmişdisə, cümlə belə olurdu: "Ce serait une douce journée à Marcel".

Bəsitləşdirsəm, "Marselin gözəl havası var" kimi.

İllər və qərinələr sonra məşhur fransız bəstəkar, marselli Frank Pursel "Comba"da olduğu illərin xatirəsinə "Manchester et Liverpool" əsərini bəstələdi.

Yenə illər keçdi, bu mahnı sabiq Sovetlər Birliyində çox məşhurlaşdı.

Az qala hər kəs eşidirdi bu əsəri - hər gün.

Çünki "Vremya" proqramında hava proqnozu zamanı səslənirdi.

Daha bir sirrimdən vaqif etdim sizləri.

Var olun...
MÜƏLLİFİN DİGƏR YAZILARI
Sabiq deputat partiyadan istefa verdi 3 Avqust 2021, 12:02 Yardımlıdakı yanğının söndürülməsinə helikopter cəlb olundu 3 Avqust 2021, 12:00 “Deputatın yiyəsi xalqdır” – Spikerdən deputata CAVAB 3 Avqust 2021, 11:59 “Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” – Tahir Kərimli 3 Avqust 2021, 11:58 “İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - FOTOLAR 3 Avqust 2021, 11:56 Daha bir marşrut xətti “BakıKart”a keçdi 3 Avqust 2021, 11:54 DİN və prokurorluq polis şöbəsindəki ölümlə bağlı məlumat yaydı 3 Avqust 2021, 11:51 “Qanunu qoruyan polisdir, həmin deputat yox” – Zahid Oruc 3 Avqust 2021, 11:48 İranın yeni Prezidenti and içdi 3 Avqust 2021, 11:45 Cəlilabadda "patı" satanlar saxlanıldı 3 Avqust 2021, 11:40 “Bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir” 3 Avqust 2021, 11:38 “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri 3 Avqust 2021, 11:37 Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılır 3 Avqust 2021, 11:30 “Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat 3 Avqust 2021, 11:26 “Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov 3 Avqust 2021, 11:22 Karantini pozan restoran icarədarı həbs edildi - FOTO 3 Avqust 2021, 11:19 Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO 3 Avqust 2021, 11:16 Yeni dövlət standartı təsdiq edildi 3 Avqust 2021, 11:14 Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19