10 İyun 2021, 12:10 | Ana Səhifə - Yazılar - Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - V yazı
Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - V yazı

Akif Təvəkküloğlu
Əməkdar jurnalist

Məzən olsun ay Hüsü dayı. Sən nə imişsən?.. Sən başdan ayağa ensiklopediyasan e, a kişi... Sənin duzlu-məzəli, ciddi, tərbiyəvi, başqalarına görk ola biləcək söhbətlərin bitməz-tükənməzmiş ki... Dediklərin  də ki, yaddaşımıza elə həkk olub, elə daşlaşıb ki, unutmaq sadəcə mümkün deyil... 

 

...Günəşli yaz günlərinin birində Hüsü kişi yenə adəti üzrə söhbət boxçasının ağzını açmışdı. Həmişə olduğu kimi qonum-qonşunu da toplamışdı başına. Hüsü  dayı elə gülürdü, elə gülürdü, kənardan baxan deyərdi başına hava gəlib, nədi? Öz-özünə gülür, ətrafdakılar isə onun gülüşünə tamaşa edirdi.  Çünki Hüsü dayı hələm-hələm belə qəşş eləyib gülən deyildi. Heç kim söhbətin nədən gedəcəyini bilmirdi. Amma bircə onu bilirdilər ki, nədirsə maraqlı mövzudu... 

 

Nə isə... Hüsü kişi gülüş mərasimini başa çatdırıb boğazını arıtladı: 

 

Əzizlərim, bu hadisəni mənə bir dostum söyləyib. Amma buna bənzər bir hadisəyə hansısa bir kitabda da rast gəlmişdim. Dostumun yaşadığı rayonda uzun müddət yüksək vəzifələrdə çalışan bir kişi varmış. Qəribə adı vardı yadımdan çıxıb. Amma el arasında ona Dodu deyərmişlər. Bu onun ayaması idi. Dodunun qarşısına  da başqa bir ayama qoşublarmış - üzdəniraq heyvanın adını. Dodu tabeliyində çalışan işçilərə qan uddururmuş. Ömründə bir nəfər də ondan xeyirxahlıq görməyib. Xeyirdə-şərdə heç vaxt iştirak etməz, yanına gələni dinləmədən söyüb qovarmış. İnsanlara pislik etmək, şər-böhtan atmaq elə bil Dodunun boy-buxununa biçilibmiş. Amma bu adama “gözün üstə qaşın var” deyən yox imiş. Sifət qəlbin aynasıdır deyərlər ha, bax bu məsəl də Dodunun boyuna biçilibmiş elə bil: Xoşagəlməz, yekəxana yeriş, kələ-kötür görkəm, əyri burun, keçəl baş...  Onu tanıyan da, tanımayan da lənət yağdırırmış ünvanına. Amma qorxudan heç kəs Dodunun üzünə bir söz deyə bilmirmış. Hər  kəsin Dodu ilə bağlı ümumi bir  təəssüratı varmış: evyıxandı, şərəfsizdi, vicdansızdı, ağıldankəmdi...

 

...Gün gəlir Dodunun canında ağrılar başlayır. Yeməyi ayamasına uyğun yeyən Dodunun iştahı da kəsilir. Həkimə müraciət etməli olur. Rayonda çox böyük hörmət-izzət sahibi olan bir həkimin yanına gedir. Yoxlanmasını istəyir. Bu “eybəcər varlığı”n dabbağda gönünə bələd olan həkim ona layıq tibbi avadanlığın olmadığına görə iki gün sonra gəlməsini xahiş edir. 

 

...Dodu iki gün sonra həkim deyən vaxt onun yanında olur. Həkim xəstənin yan otağa keçib soyunmağını tapşırır. Dodu soyunub alt paltarında həkimi gözləyir. Bir necə dəqiqədən sonra həkim əlində uzun bir qamış içəri girir. Qamışı Dodunun boyuna tutur və onun boyu olçüsündə qamışı kəsir. Dodu qapqara  rəng alır:

 

Bu nədi belə, məni dolamısan?

 

Yox, ay Dodu, darıxma, səni dədə-baba qaydası ilə müalicə edəcəm...

 

Həkim cibindən bir ip çıxardıb xəstənin ayağını ölçür. Sonra az qala özündən bir metr qabağa cıxan qarnını ölçür.

 

Dodu, başını bir az aşağı əy! 

 

Ay doxdur, başımı neynirsən?

 

İndi deyəcəm sənə.

 

Dodu başını aşağı əyir, həkim onun başının da ölçüsünü alır.

 

 Hə, Dodu, ayağınla bağının ölçüsü eynidir. Belə olanda vəziyyət bir az ağır olur, müalicə almalısan. İndi sənə dərman yazacam! Amma bu dərmanlar çox az tapılır. Siyahını apararsan aptek Həmidin yanına, olsa-olsa bu dərmanlar onda olacaq. 

 

Həkim dərman siyahısını ona uzadır:

 

Adamin

İnsamin

Vicdamin

Qanacagen

Menevitagen

Aqlium

 

Həkim reseptin altına  səliqəli xəttlə bu sözləri yazır:

 

“Bu dərmanları bir stəkan eşşək südü ilə qarışdırıb hər gün içmək lazımdır. Beş dəqiqə keçdikdən sonra dilin üzərinə bir qaşıq bal qoyub bütün günü saxlamaq vacibdir. Bu müalicə ömür boyu davam etməlidir!” 

 

Həkim yazdığı kağızı Doduya verib yola salır. Dərhal aptek Həmidə zəng vuraraq vəziyyətin nə yerdə olduğunu başa salır. Rayondakı bütün aptekləri də xəbərdar edir.

 

...Dodu aptek Həmidə də bir vaxtlar çox pisliklər etmişdi. Araları yox idi, danışmırdılar. Ona görə fikirləşir ki, başqa apteklərə baş çəksin. Amma hara gedirsə eyni cavabı alir: 

 

Bu dərmanlar tapılmır. Bəlkə aptek Həmiddə olar...

 

... Dodu kor-peşmən “suyu süzülə-süzülə” məcbur olub həkim dediyi ünvana üz tutur. Həmid onu görcək sir-sifətini turşudaraq soruşdu: 

 

- Dodu, sənin burda nə işin var? İndi hansı mərdimazarlığa hazırlaşırsan? 

 

Dodu xəcalətli adamlar kimi başını aşağı salıb, Həmidə yalvarır:

 

Həmid, boynum sənin yanında qıldan incədir, vura da bilərsən vurmaya da... Qapına köməyə gəlmişəm. Kömək əlini məndən əsirgəmə. Həkimin verdiyi kağızı uzadıb - bu dərmanları tapmağı səndən xahiş edirəm, yalvarıram. 

 

- Həmid ürəyində “ belə olarsan ay...” - deyib kağızı alır. Reseptə baxdıqdan sonra bu məxluqun nə qədər nadan olduğuna bir daha inanır: 

- Vay-vay, Dodu müəllim, sən nə gündəsən. Sənin xəstəliyinin dərmanı çox müşkül məsələdir. Bu əlacı olmayan və sağalmaz bir dərddir...

 

Dodunun rəngi ağappaq ağarır, yalvarmağa başlayır:

 

- Bəs onda mən nə edim?

 

Aptek Həmid: 

 

- Mən indi səni başa salaram, özün nəticə çıxararsan. Deyirəm, qulaq as:

 

Adamin - adamlığı olmayanlar üçündür.

 

İnsamin – insanlığı olmayanlara aiddir.

 

Vijdamin – vicdansızlara

 

Qanacagen – qanacaqsızlara 

 

Menevitagen – mənəviyyatsızlara

 

Aqlium – ağılsızlara

 

Gör səndə nə qədər sağalmaz xəstəliklər var. Gerisini özün fikirləş. Həmid danışdıqca . Dodunun gözləri bərələ qalır...

 

Hüsü kişi bu söhbəti  eliyərkən sözünü bitirər-bitirməz  yenidən qəşş eləyib gülmüşdü...

 

Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20 Dolların məzənnəsi sabit qaldı 24 İyun 2021, 17:14 “Cəsur döyüşçü” medalı alanların SİYAHISI 24 İyun 2021, 17:02 “İgidliyə görə” medalı ilə təltif edilən hərbçilərin ADLARI 24 İyun 2021, 16:56 Prezident bu hərbçilərə “Vətən uğrunda” medalı verdi - SİYAHI 24 İyun 2021, 16:50 Şöbə rəisi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olundu 24 İyun 2021, 16:44
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?