Modern.az

Polşada yaşayan azərbaycanlının ölümü araşdırılır

Polşada yaşayan azərbaycanlının ölümü araşdırılır

13 Noyabr 2020, 15:16

Üç ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a daxil olan məlumata görə, Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

 

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

 

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

 

Komitə hadisəni nəzarətdə saxlayır.

 

Xatırladaq ki, Polşada yaşayan həmvətənimizin ermənilər tərəfindən qətlə yetirildiyi iddia olunurdu. Bildirilirdi ki, M. İsmayılov Polşada aksiyalar zamanı ermənilər tərəfindən izlənib, öldürülüb və meyiti meşədə asılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə