Modern.az

Prezidentin ordenlə təltif etdiyi diaspor fəalları kimlərdir? - DOSYE

Prezidentin ordenlə təltif etdiyi diaspor fəalları kimlərdir? - DOSYE

Diaspor

7 Yanvar 2026, 18:00

Prezident İlham Əliyevin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib.

Ordenlə təltif olunanlar arasında məşhur həkim Məsud Aşina və yazar Ziya Zakir Acarda var.

Modern.az xəbər verir ki, Məsud Aşina “Şöhrət” ordeni ilə, Ziya Zakir Acar isə “Dostluq” ordeni ilə təltif olunublar.

Professor doktor Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən əhəmiyyətli mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyində təhsilini tamamlayaraq, yüksək nailiyyətləri sayəsində eyni universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hazırda İnsan Migren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır. Həmkarımız Professor Dr. Məsud Aşinanı bu münasibət ilə ürəkdən təbrik edir, ona daim səsinin ucalardan gəlməsini arzu edirik!

Tədqiqatçı-yazar Ziya Zakir Acar 6 noyabr 1954-cü il tarixində Türkiyənin İğdır vilayətində Ziya Zakir Acar, Türkiyənin İğdır bölgəsində fəaliyyət göstərən tanınmış tədqiqatçı-yazar, publisist, şair, rəssam və mədəniyyət xadimidir; Azərbaycanla bağlı ciddi elmi, ədəbi və tarixi işləri var, xüsusən də Iğdırın mədəniyyətini təbliğ edən əsərləri ilə tanınır, eyni zamanda "Iğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi"nin sədridir. O, Azərbaycana olan dəstəyi və tarixi tədqiqatlarına görə Azərbaycan dövləti tərəfindən də mükafatlandırılıb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır