Rusiya–Ukrayna müharibəsində daha bir neçə azərbaycanlı həyatını itirib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya tərəfində vuruşan daha 4 soydaşımız Ukrayna ordusu ilə toqquşmalarda həlak olub.
Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:
Həmzəyev Fərxan Taleh oğlu – Həştərxan vilayətinin Çernıyar kəndində yaşayıb.
Ruslan Qüdrət oğlu Alimov – 19 avqust 1991-ci ildə anadan olub, Ryazan vilayətinin Dyadkovo kəndində yaşayıb.
Əbdülrəzaqov Çingiz Nisan oğlu - Nijni Novqorod vilayətinin Kudaşıxa kəndində yaşayıb.
Rüstəmov Ramil Rasim oğlu - 24 noyabr 2000-ci ildə anadan olub, Tver şəhərində yaşayıb.
Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun tərkibində 100-dən artıq, azərbaycanlı həlak olub. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır. Ukrayna ordusunda isə həlak olan azərbaycanlıların sayı 50-ni keçib.
Kərim RUTULLU