Modern.az

Azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv edildi

Azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv edildi

Diaspor

24 Fevral 2026, 11:53

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən "İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri, iş adamı Asif Məmmədov "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə" görə  Rusiya vətəndaşlığından məhrum edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Xatırladaq ki, ötən il Asif Məmmədov rus dilini bilməməkdə və "Azərbaycan prezidentinə sədaqət"də ittiham olunaraq Şəhər Duması seçkilərindən imtina etməyə məcbur edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı