Azərbycanlı gəncə Rusiyada yüksək vəzifə verilib.
Modern.az xəbər verir ki, Dərbənd şəhərindən olan soydaşımız Zöhrab Axundov Mərkəzi və Şərqi Avropanın ən böyük bankında icraçı direktor təyin edilib.
Zöhrab Rusiyanın "Sberbank"ında Süni İntellekt modellərinin və agentlərinin tətbiqi və istismarının tam dövrünə nəzarət edəcək.
O əvvəllər "Sberbank"ın ən böyük bölmələrindən biri olan Satış Şəbəkəsi Bölməsində Süni İntellekt Transformasiya Qərargahına rəhbərlik edib. 2024 və 2025-ci illərin nəticələrinə əsasən, Zöhrab Satış Şəbəkəsi Bölməsini "Sberbank"ın süni intellekt inkişaf reytinqində ümumilikdə birinci yerə çıxarıb.
İndi isə soydaşımıza "Sberbank"ın bütün bölmələrinə nəzarət etmək tapşırılıb.
Zöhrab Axundov "Sberbank"ın Mərkəzi Ofisinin direktoru təyin edilən ilk azərbaycanlı sayılır.