Modern.az

Somalidə partlayış törədilib: 12 ölü

Somalidə partlayış törədilib: 12 ölü

1 Sentyabr 2017, 20:42

Somalidə növbəti dəfə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində baş verib. Partlayış nəticəsində ən azı 12 nəfər həlak olub.

 

Məlumata görə, partlayış cümə günü Puntlend rayonunun yaşayış məntəqələrinin birində baş verib. Həlak olanlar arasında hərbçilər və dinc sakinlər var.

Partlayışa görə məsuliyyəti "əl-Qaidə"yə bağlı "əş-Şabab" qruplaşması öz üzərinə götürüb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə